Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Naməlum şəxs Gəncə şəhərindəki Mərkəzi Poçtampdan 26000 manat pul aparmışdır

15.10.2007

Saat 21.20 radələrində naməlum şəxs Gəncə şəhərindəki Mərkəzi Poçtampa girib odlu silahdan atəş açaraq oranın gözətçisi Səməndər Səmədovu və xəzinədarı Bəxtiyar Bayramovu qətlə yetirmiş və xəzinədən 26000 manat pul aparmışdır. Hadisə yerindən 1 ədəd "Makarov" tipli tapança, 6 ədəd güllə, 1 ədəd patron darağı və 2 ədəd giliz götürülmüşdür. Gəncə şəhər Nizami RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.