Salyan rayon sakini Elmir Tağıyev tutulmuşdur
15.10.2007Oktyabrın 13-də naməlum şəxs Salyan rayon sakini Mahir Əliyevin evinə aldatma yolu ilə girib, bıçaqla onu hədələyərək pul tələb etmiş və səs-küyə qonşuların gəldiyini gördükdə hadisə yerindən qaçmışdır. Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini Elmir Tağıyev tutulmuşdur.