Xətai rayonu ərazisindəki oyun zallarından birindən oğurluqda şübhəli bilinən şəxslər tutulublar
16.08.2017Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 10-da rayon ərazisindəki oyun zallarından birindən 5 ədəd televizor, 4 ədəd oyun aparatı və 13 ədəd pult oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan Rzayev, Ağdam rayon sakini Anar Mehdiyev və Gürcüstan vətəndaşı Rahib Abdullayev tutulublar.