İmişli rayonu ərazisində yol-nəqliyyat hadisəsi
15.10.2007Saat 15.30 radələrində İmişli rayonu ərazisində Aranlı kənd sakini Hikmət Hüseynov "VAZ-2107" markalı avtomaşını idarə edərkən Məzrəli kənd sakini İlkanə Məmmədovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş İ.Məmmədova orada ölmüşdür. İmişli RPŞ tərəfindən araşdırmalar aparılır.