Füzuli rayonu ərazisində yol-nəqliyyat hadisəsi
15.10.2007Oktyabrın 14-də saat 17.00 radələrində Füzuli rayonu ərazisində Cəbrayıl rayon sakini Ividadi Haqverdiyev "Mersedes" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı ağaca vurmuş və sonradan aşırmışdır. Nəticədə xəsarət almış V.Haqverdiyev və sərnişini, qardaşı Vahid xəstəxanaya yerləşdirilmişlər. Vahid oktyabrın 15-də orada ölmüşdür. Füzuli RPŞ tərəfindən araşdırmalar aparılır.