DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

13.10.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xətai RPİ 37-ci PB əməkdaşları Sumqayıt şəhər sakini Rabil Bəşirovdan 6,77 qram marixuana, Biləsuvar RPŞ əməkdaşları Zəhmətabad kənd sakini Sərraf Xankişiyevdən 0,327 qram heroin, Qusar RPŞ əməkdaşları rayon sakini Qəhrəman Piriyevin evinə baxış zamanı 32,02 qram marixuana götürmüşlər. Biləsuvar rayon sakini Elşən Hüseynov 0,186 qram heroini könüllü olaraq polisə təhvil vermişdir. Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni ona satmış rayon sakini Natiq Rəhimov tutulmuşdur. N.Rəhimovdan 0,211 qram heroin götürülmüşdür.