Nərimanov rayonundakı S.Vurğun küçəsində yol-nəqliyyat hadisəsi
14.10.2007Saat 23.30 radələrində Nərimanov rayonundakı S.Vurğun küçəsində Bakı şəhər sakini Mahmud Mahmudovun idarə etdiyi "VAZ-2107" markalı və dövlət qeydiyyat nömrə nişanları olmayan "Mersedes" markalı (sürücü hadisə yerindən qaçmışdır) avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış M.Mahmudov və sərnişini, arvadı Züleyxa və "Mersedes" markalı avtomaşının sərnişini Şeydulla Qulamov xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır. Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.