DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Zabrat Vertolyot Limanı istiqamətində havaya qalxmış vertolyot sahildən 20 kilometr aralıda dənizə düşmüşdür

12.10.2007

Oktyabrın 12-də saat 21.58 radələrində Azərbaycan Dövlət Neft Şirkətinə məxsus "Xəzər-4" platformasından Mİ-8 markalı vertolyot Zabrat Vertolyot Limanı istiqamətində havaya qalxmış və həmin gün saat 22.05 radələrində onunla rabitə əlaqəsi kəsilmişdir. Heydər Əliyev adına Beynəlxalq Hava Limanının əməkdaşının verdiyi məlumata görə, vertolyot sahildən 20 kilometr aralıda dənizə düşmüşdür. Vertolyotun, onun 4 ekipaj üzvünün (komandir Nekrasov Vladimir, 2-ci pilot Əliyev Əhməd, bort-mexanik İbrahimov Cahid, yoxlayıcı Klemenko Viktor) və 2 sərnişinin (şirkətin işçiləri Qəhrəman Əsədov və Zahid Cahangirov) tapılması üçün tədbirlər görülür.