Axtarışda olan Kamran Ocaqlı tutulub
17.07.2017Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Kamran Ocaqlı tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun iyulun 6-da şəhər ərazisindəki mağazalardan birindən 200 manat pul, tütün məmulatı və sərinləşdirici içki oğurlaması da müəyyən edilib.