Gün ərzində 60 cinayət faktı qeydə alınıb
16.07.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 60 cinayət faktı qeydə alınıb, onların da 22-si “isti izlər”lə açılıb.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
- Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 20 nəfər xəsarət alıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər tutulub.