DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Soyğunçuluq etmiş Bakı şəhər sakinləri Taleh Hüseynov və Emil Budni tutulmuşlar

11.10.2007

Oktyabrın 9-da 2 naməlum şəxs Nərimanov rayonundakı T.Əliyev küçəsində, Bakı şəhər sakinləri Rüstəm Kərimovu və Aslan Rəfiyevi bıçaqla hədələyərək pul və mobil telefonlarını almağa cəhd göstərmiş, istədiklərinə nail olmadıqda R.Kərimova yumruqla xəsarət yetirmişlər. Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Taleh Hüseynov və Emil Budni tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların həmin gün Bakı şəhər sakini İbrahim Məmmədova da hədə-qorxu gələrək 100 manat pul tələb etmələri və ona qarşı zor tətbiq edərək mobil telefonunu almaları müəyyən edilmişdir. Nərimanov RPİ tərəfindən araşdırmalar aparılır.

11.10.2007 tarixinə olan kriminal məlumatlar