DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr və kənaf kolları aşkar edilərək götürülmüşdür

11.10.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Nizami RPİ əməkdaşları Bakı şəhər sakini Dmitri Kuvirkindən 0,309 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları şəhər sakini Müşfiq İslamovdan 3,67 qram tiryək, Yevlax RPŞ əməkdaşları rayon sakini Əfqan İbrahimovdan 1,029 qram heroin götürmüşlər. Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Eldar Bəyova məxsus «M-412» markalı avtomaşının sərnişini, həmyerlisi, əvvəllər məhkum olunmuş Aydın Mərdanovdan 43,42 qram marixuana götürülmüşdür. Ağcabədi rayonunun Gəlbə Hüseynli kənd sakini Fəzani Kərimov 3,2 qram marixuananı könüllü olaraq Ağcabədi RPŞ-yə təhvil vermişdir. F.Kərimova narkotik vasitəni satmış Ağabəyi kənd sakini Niyaməddin Kərimov tutulmuş, ondan 6,1 qram marixuana götürülmüşdür. İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Diyallı kənd sakini Təvəkkül Əliyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 4 kiloqram 245 qram olan 30 ədəd kənaf kolu aşkar edilərək götürülmüşdür. T.Əliyevin evinə baxış zamanı əlavə 1 kiloqram 216,18 qram marixuana aşkar edilərək götürülmüşdür.

11.10.2007 tarixinə olan kriminal məlumatlar