Teyyub İbrahimov münaqişə zəminində babası Abbas İbrahimova və bibisi Sevdaya dəryazla xəsarət yetirmişdir
10.10.2007Saat 19.30 radələrində Saatlı rayonunun Nərimankənd kəndində, kənd sakini, ruhi xəstə Teyyub İbrahimov münaqişə zəminində babası Abbas İbrahimova və bibisi Sevdaya dəryazla xəsarət yetirmişdir. A.İbrahimov xəstəxanada ölmüş, Sevdanın vəziyyəti isə orta-ağırdır. Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T.İbrahimov tutulmuşdur.