DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonundakı Bakıxanov qəsəbəsində yol-nəqliyyat hadisəsi

10.10.2007

Saat 23.30 radələrində Sabunçu rayonundakı Bakıxanov qəsəbəsində Yevlax rayon sakini Elxan Həşimovun idarə etdiyi "Mersedes" markalı və Ağdam rayon sakini Ərşad Ağayevin idarə etdiyi "VAZ-2103" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə Ə.Ağayev və sərnişinlərindən, Babək rayon sakini Əbülfəz Məmmədov, Ramana qəsəbə sakini, 4 yaşlı Esmira Xəlilova hadisə yerində ölmüş, xəsarət almış Ramana qəsəbə sakinləri Pərviz Xəlilov, arvadı Pərvanə, Çimnaz Sultanova, Günel Abdullayeva, İsmayıl Abdullayev və İlşad Rzaquliyev, habelə E.Həşimov xəstəxanaya yerləşdirilmişlər. Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır.

10.10.2007 tarixinə olan kriminal məlumatlar