DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Kürdəmir rayonunun Karra qəsəbəsində yol-nəqliyyat hadisəsi

10.10.2007

Oktyabrın 10-da saat 02.30 radələrində Kürdəmir rayonunun Karra qəsəbəsində Kəlbəcər rayon sakini İbrahim Nəcəfov "DEU" markalı sərnişin avtobusunu idarə edərkən onu qarşıda gedən Şilyan kənd sakini Cümşüd İslamovun idarə etdiyi "YMZ-6" markalı traktora vurmuşdur. Nəticədə İ.Nəcəfovun sərnişinlərindən Ağdam rayon sakini Əhəd Tağıyev hadisə yerində ölmüş, 4 sərnişin isə xəsarət almışdır. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar. Kürdəmir RPŞ tərəfindən araşdırmalar aparılır.

10.10.2007 tarixinə olan kriminal məlumatlar