Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində yol-nəqliyyat hadisəsi
13.06.2017İyunun 13-də saat 8 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində Bakı şəhər sakini İntiqam Abbasov idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarında quraşdırılan sürətölçən cihazın (radar) dirəyinə vurub. Nəticədə sürücü və sərnişinləri - Bakı şəhər sakini Rusif Eyvazov və Lənkəran rayon sakini Hüseyn Rəhimov xəstəxanaya yerləşdirilib, H.Rəhimov orada ölüb.