DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 28 cinayət faktı qeydə alınmışdır

08.10.2007

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 28 cinayət faktı qeydə alınmışdır ki, onların da 20-i "isti izlər"lə açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 6 nəfər ölmüş, 14 nəfər isə yaralanmışdır. - 10 yanğın hadisəsi qeydə alınmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 30 nəfər tutulmuşdur.

08.10.2007 tarixinə olan kriminal məlumatlar