Gün ərzində 72 cinayət faktı qeydə alınıb
28.05.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 72 cinayət faktı qeydə alınıb, onların da 12-si “isti izlər”lə açılıb.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
- Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər tutulub.