Motosikleti açıq talama yolu ilə aparmış Kürdəmir rayon sakini Vüqar Bəkirov saxlanılıb
27.05.2017Mayın 27-də Kürdəmir rayonunun Şahsevən kəndi ərazisində rayon sakini Vüqar Bəkirov həmyerlisi Lətif Rəsulovun yolun kənarında saxladığı “Hauji” markalı motosikletini açıq talama yolu ilə aparıb. Bu zaman Lətif Vüqarın qolundan tutub onu saxlamaq istəyərkən motosiklet hərəkətdə olduğundan Lətif xəsarət alıb.
V.Bəkirov Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, motosiklet sahibinə qaytarılıb.