C.Həsənova qarşı quldurluq etmiş Vüsal Məmmədov tutulmuşdur
08.10.2007Oktyabrın 2-də Bakı-Sumqayıt yolundakı "Delfin" istirahət mərkəzinin qarşısında 2 naməlum şəxs Ucar rayon sakini Cavid Həsənovu bıçaqla hədələyərək 200 manatını və mobil telefonunu almışlar. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Həsənova qarşı quldurluq etmiş Ordubad rayon sakini Vüsal Məmmədov tutulmuşdur.