Sumqayıt şəhər Göz Xəstəxanasına telefonla zəng edərək oraya partlayıcı maddə qoyulması barədə məlumat vermişdir
08.10.2007Oktyabrın 8-də saat 17.00 radələrində naməlum şəxs Sumqayıt şəhər Göz Xəstəxanasına telefonla zəng edərək oraya partlayıcı maddə qoyulması barədə məlumat vermişdir. Fakt öz təsdiqini tapmamış, görülmüş tədbirlər nəticəsində anonim zəng etmiş həmin xəstəxanada müalicə alan Sumqayıt şəhər sakini Amid Mirzəyev tutulmuşdur. Araşdırmalar aparılır.