Astara rayonunun Vənəşikəs kəndində yol-nəqliyyat hadisəsi
05.10.2007Saat 15.00 radələrində Astara rayonunun Vənəşikəs kəndində Ojakəran kənd sakini Ağadadaş Qəmbərov "QAZ-53" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sərnişini, Vənəşikəs kənd sakini Fazil Nəbiyev hadisə yerində ölmüşdür. Astara RPŞ tərəfindən araşdırmalar aparılır.