Sabirabad rayonunun Kürkəndi kənd sakini Elşad Məstanov və Türkədi kənd sakini Natiq Həsənov müvafiq sənədləri olmayan ov tüfənglərini könüllü olaraq təhvil veriblər
12.05.2017Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində aparılan profilaktiki tədbirlər nəticəsində rayonun Kürkəndi kənd sakini Elşad Məstanov müvafiq sənədləri olmayan "TOZ-34 P", Türkədi kənd sakini Natiq Həsənov müvafiq sənədləri olmayan, nömrəsi silinmiş "TOZ-8" markalı ov tüfənglərini könüllü olaraq RPŞ-yə təhvil veriblər.