Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

04.10.2007

Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zəyəmqəsəbə sakini Qərib Məmmədov 1161,87 qram marixuananı Neftçala rayon sakini İlham Aslanova satarkən tutulmuşlar. Əzizbəyov RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qala qəsəbə sakini, əvvəllər məhkum olunmuş Novruz Sərdarov 5,68 qram marixuananı satarkən tutulmuşdur. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Bakı şəhər sakini Mehman Soltanovdan 6 qram marixuana və 0,3 qram heroin, Əzizbəyov RPİ 2-ci PB əməkdaşları Binə qəsəbə sakini Mahir Qonşuyevdən 0,50 qram xaş-xaş qətranı götürmüşlər. Qaradağ RPİ və DİN Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ələt qəsəbə sakini, əvvəllər məhkum olunmuş Akif Əliyevdən 1,149 qram heroin götürülmüşdür. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Almaz Eyyubovadan 0,541 qram heroin götürülmüşdür. Onun evinə baxış zamanı əlavə 111,896 qram heroin aşkar edilərək götürülmüşdür.