Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Hacıqabul rayon sakini Ramin Əkbərov yerləşdirildiyi xəstəxanada ölüb
28.03.2017Martın 25-də Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Günel Dəniz idarə etdiyi "KİA" markalı avtomobillə yolu keçən Hacıqabul rayon sakini Ramin Əkbərovu vurub. Xəstəxanaya yerləşdirilən piyada martın 28-də orada ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.