"Kaspian-Fiş" Şirkətinə məxsus tikilməkdə olan soyuducu sexində yanğına keçən partlayış baş vermişdir
02.10.2007Saat 14.30 radələrində Abşeron rayonundakı Atyalı qəsəbəsinin ərazisində, "Kaspian-Fiş" Şirkətinə məxsus tikilməkdə olan soyuducu sexində yanğına keçən partlayış (ilkin məlumatlara əsasən qaz balonunun partlamasından) baş vermişdir. Nəticədə 2000 kvm. sahədə sexin yanar konstruksiyaları yanmış, 2 kişi ölmüş (şəxsiyyətləri müəyyənləşdirilir), Ağstafa rayon sakini Murad Orucov, Qobustan rayon sakini Baba Moltanov, Lənkəran rayon sakini Elnur Əliyev və Sabirabad rayon sakini Fikrət Əkbərov xəsarət almışlar. Xəsarət alanlar xəstəxanaya yerləşdirilimiş, vəziyyətləri kafi və ağırdır.