Bakı şəhər sakini İlqar Əliyev tutulub
21.03.2017Martın 19-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində sinə nahiyəsində kəsilmiş-deşilmiş xəsarətləri olan çürüməyə məruz qalmış kişi meyiti tapılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Əliyev tutulub.