Narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Şirvan şəhər sakini Mehman Solovyev saxlanılarkən 2 polis əməkdaşının əl nahiyəsinə bıçaqla xəsarət yetirib
21.03.2017Martın 21-də narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum oluinmuş Mehman Solovyev Şirvan ŞPŞ əməkdaşları tərəfindən saxlanılarkən 2 polis əməkdaşının əl nahiyəsinə bıçaqla xəsarət yetirib.
Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
M.Solovyev isə tutulub, ondan 1 bıçaq və 9 qram marixuana götürülüb.