Oğurluqda şübhəli bilinən Corat qəsəbə sakini Əşrəf Qəniyev saxlanılıb
08.03.2017Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ötən il sentyabrın 25-dən cari il martın 1-dək olan müddətdə şəhər ərazisindəki 1 kafedən, 1 ortopedik mərkəzdən, həmçinin 1 şadlıq evindən 2 ədəd kondisioner mühərriki və 2 ədəd televizor oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini Əşrəf Qəniyev saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun fevral ayının 28-nə keçən gecə 47-ci məhəllə ərazisində yerləşən kafelərdən birindən televizor oğurlaması da müəyyən edilib.