Xətai rayonunun Nobel prospektində yol-nəqliyyat hadisəsi
08.03.2017Martın 8-də Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini Denis Kuralov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Tovuz rayon sakini Elsevər Mahmudzadəni vurub. Zərbədən piyada eyni istiqamətdə hərəkətdə olan paytaxt sakini Cavid Rüstəmzadənin idarə etdiyi "Mercedes" markalı avtomobilin ön hissəsinə dəyib. Piyada hadisə yerində ölüb.
Xətai RPİ tərəfindən araşdırma aparılır.