Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 15 cinayət faktı qeydə alınmışdır

19.07.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 15 cinayət faktı qeydə alınmışdır ki, onların da hamısı «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər yaralanmışdır. Gün ərzində 7 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər ölmüşdür. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 28 nəfər tutulmuşdur.