Q.Qarayev prospekti 119-da, tikintisi tam başa çatdırılmamış evin 12-ci mərtəbəsində yanğın baş vermişdir
19.07.2005Saat 17.05 radələrində Nizami rayonu Q.Qarayev prospekti 119-da, tikintisi tam başa çatdırılmamış evin 12-ci mərtəbəsində yanğın baş vermişdir. Nəticədə 500 kvadratmetr sahədə taxta qəliblər yanmışdır. Yanğın söndürülərkən Bakı Neft Emalı Müəssisəsinin mühafizəsi üzrə yanğın təhlükəsizlik dəstəsinin 18-ci hərbiləşdirilmiş yanğın hissəsinin əməkdaşı, bölmə komandiri Rasim Əliyev yıxılaraq həlak olmuşdur.