Bakı şəhər sakinləri Seymur Baxmalovun və Emil Hüseynovun narkotik vasitə qəbul edərək ölmələri müəyyən edilib
27.02.2017Fevralın 27-də Yasamal rayonunun T.Şahbazi küçəsindəki evlərdən birində 2 nəfərin ölməsi ilə bağlı 27-ci Polis Bölməsinə əməliyyat məlumatı daxil olub.
Dərhal həyata keçirilən müvafiq tədbirlərlə məlumatda qeyd edilən mənzildə Bakı şəhər sakinləri Seymur Baxmalovun və Emil Hüseynovun narkotik vasitə qəbul edərək ölmələri müəyyən edilib.
Rayon Prokurorluğunda araşdırmalar aparılır.