Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Yusif Rzayev tutulub
27.02.2017Fevralın 27-də Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindəki poliklinikada, orada işləyən həkimlərdən birinin xidməti otağında içərisində 10 manat olan pul kisəsini və 3 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Rzayev 1-ci PB-nin əməkdaşları tərəfindən tutulub.