6 baş inək oğurlamaqda şübhəli bilinən Ucar rayonunun Qulabənd kənd sakinləri Sakit Məmmədov, Həbib Qasımov, Xəyal Məmmədov və Yusif Məmmədov tutulublar
27.02.2017Ucar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərdən birinin həyətyanı sahəsindən 6 baş inək oğurlamaqda şübhəli bilinən Qulabənd kənd sakinləri Sakit Məmmədov, Həbib Qasımov, Xəyal Məmmədov və Yusif Məmmədov tutulublar.