Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Masallı rayon sakini Bağı Həsənov tutulub
22.02.2017Fevralın 22-də saat 19 radələrində Lənkəran rayonunun Liman şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən Abşeron rayon sakini Dəstəgül Səmiyeva vurulub və o, hadisə yerində ölüb.
Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "VAZ-21093" markalı avtomobilin sürücüsü - Masallı rayon sakini Bağı Həsənov tutulub.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.