Çəkisi 4 kiloqram 250 qram olan 21 ədəd çətənə kolu yığılaraq götürülmüşdür
19.07.2005Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində, rayon sakini, əvvəllər məhkum olunmuş Əliabbas Güləliyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 4 kiloqram 250 qram olan 21 ədəd çətənə kolu yığılaraq götürülmüşdür. Ə.Güləliyevin evinə baxış zamanı əlavə 19,8 qram marixuana aşkar edilmişdir.