Gün ərzində 88 cinayət faktı qeydə alınıb
20.02.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 88 cinayət faktı qeydə alınıb, onların da 33-ü “isti izlər”lə açılıb.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 27 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər tutulub.