Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ramil Əzimov tutulub
20.02.2017Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən fevralın 18-də rayon ərazisindəki evlərdən birindən 3.000 manat pul və 4.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Əzimov tutulub.
Ətrafında aparılan tədbirlərlə onun ötən il sentyabrın 2-dən cari il fevralın 13-dək olan müddətdə 1 yardımçı təsərrüfatdan və 1 mağazadan geyim əşyaları, ərzaq məhsulları, danışıq kartları oğurlaması, habelə daha 1 mağazadan oğurluğa cəhd göstərməsi də müəyyən edilib.