Telman Abdullayevin mənzilindən "Vahabizm" dini təriqətini təbliğ edən dini ədəbiyyatın aşkar edilib götürülməsi məqsədilə tədbir keçirmişdir
26.09.2007Sentyabrın 26-da saat 14.30 radələrində MTN-in Qusar rayon şöbəsi rayon məhkəməsinin qərarına əsasən Qusar şəhəri T.İsmayılov küçəsi ev 170 mənzil 36-da yaşayan Telman Abdullayevin mənzilindən "Vahabizm" dini təriqətini təbliğ edən dini ədəbiyyatın aşkar edilib götürülməsi məqsədilə tədbir keçirmişdir. Tədbirə Qusar RPŞ-nin əməkdaşları da cəlb edilmişlər. Bu zaman T.Abdullayev tapançadan atəş açaraq Qusar RPŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Qalib Quliyevi və sahə müvəkkili, polis leytenantı Murad Məlikovu yaralayaraq hadisə yerindən qaçmışdır. Q.Quliyev və M.Məlikov xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir. T.Abdullayevin tutulması üçün tədbirlər görülür.