Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 11 cinayət faktı qeydə alınmışdır

17.07.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 11 cinayət faktı qeydə alınmışdır ki, onların da 6-sı «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 4 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır. Gün ərzində 10 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 16 nəfər tutulmuşdur.