Cəlilabad rayonunun Uzuntəpə kəndində yol-nəqliyyat hadisəsi
26.01.2017Yanvarın 26-da saat 07 radələrində Cəlilabad rayonunun Uzuntəpə kəndində rayon sakinləri Habil Əliyevin idarə etdiyi "Toyota" və Nazir Sövzəliyevin idarə etdiyi "Ford Transit" markalı avtomobillər toqquşub. Nəticədə N.Sövzəliyevə və 10 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.