Nəzəri Şəhruz tutulmuş,ondan narkotika və 1 ədəd "AKM" silahı götürülmüşdür
23.09.2007Sentyabrın 18-nə keçən gecə Cəlilabad rayonunun Edişə və Cəfərli kəndlərinin ərazisində İran İslam Respublikası vətəndaşı Nəsiri Şəhruz Şükür oğlu İslam və Rza adlı şəxslərlə birgə qaçaqmalçılıq yolu ilə gətirdikləri külli miqdarda narkotik vasitələri satmağa cəhd göstərmişlər. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində onlar yaxalanarkən polis əməkdaşlarına qarşı avtomat silahdan atəş açaraq müqavimət göstərmiş və BNMİ-nin əməkdaşına məxsus "VAZ-2107" markalı avtomaşını zədələmişlər. Polis cavab atəşi açmışdır. Nəzəri Şəhruz Şükür oğlu tutulmuş, ondan 17 kiloqram 056 qram tiryək, 5 kiloqram 060 qram heroin və 1 ədəd "AKM" silahı götürülmüşdür.