Binəqədi qəsəbəsində yol-nəqliyyat hadisəsi
23.09.2007Saat 23.30 radələrində Binəqədi qəsəbəsində, Bakı şəhər sakini Rüfət Bağırlının idarə etdiyi "Ford" markalı və Mingəçevir şəhər sakini Sərdar Yusifovun idarə etdiyi "Kamaz" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə "Ford" markalı avtomaşının sərnişini, Bakı şəhər sakini Tuqay Teymur hadisə yerində, xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Bağırlı və digər sərnişini Ramin Əsgərov isə orada ölmüşlər. Binəqədi RPİ tərəfindən araşdırmalar aparılır.