Abşeron rayonunun Masazır qəsəbəsində yol-nəqliyyat hadisəsi
21.09.2007Saat 10.30 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində Bakı şəhər sakini Elməddin Qarazadənin idarə etdiyi "Mersedes" markalı və Sumqayıt şəhər sakini Ramil Novruzovun idarə etdiyi "Nissan" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış hər iki sürücü və R.Novruzovun sərnişini, həmyerlisi Fuad Məmmədov xəstəxanaya yerləşdirilmişlər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar. Abşeron RPŞ tərəfindən araşdırmalar aparılır.