Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

18.09.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Yasamal RPİ əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Fərəczadədən 0,577 qram heroin, Xətai RPİ əməkdaşları Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elman Məmmədovdan 0,193 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları Bakı şəhər sakini Rüstəm Ələkbərovdan 0,087 qram heroin götürmüşlər. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Əmirovdan 0,216 qram heroin götürülmüşdür. Narkotik vasitəni ona satmış şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Məlikov tutulmuşdur. Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakinləri Elsevər Əzimov və Qılıncxan Həsənov narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduqları üçün tutulmuşlar. Q.Həsənovdan 1,05 qram heroin götürülmüşdür. Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Fəxrəddin Nəsirovdan 1,454 qram heroin götürülmüşdür. Onun evinə baxış zamanı əlavə 1,227 qram heroin aşkar edilərək götürülmüşdür.