Gün ərzində 15 cinayət faktı qeydə alınmışdır
15.07.2005Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 15 cinayət faktı qeydə alınmışdır ki, onların da 11-i «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər ölmüş, 7 nəfər isə yaralanmışdır. Gün ərzində 4 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 16 nəfər tutulmuşdur.