Ağdam rayon sakini Faiq Həsənova qarşı soyğunçuluq etmiş şəxslərdən biri tutulmuş, digər şəxsin tutulması üçün tədbirlər davam etdirilir
16.09.2007Sentyabrın 17-də saat 02.00 radələrində 2 naməlum şəxs Bakıxanov qəsəbəsinin ərazisində Ağdam rayon sakini Faiq Həsənovun idarə etdiyi "Azsamand" markalı avtomaşına sərnişin qismində oturub Sabunçu qəsəbəsinə gedəcəklərini bildirmişlər. Sabunçu qəsəbəsində onlar F.Həsənovu bıçaqla hədələyərək mobil telefonunu ondan almışlar. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri, Şərur rayon sakini Vüsal Novruzov tutulmuş, digər şəxsin tutulması üçün tədbirlər davam etdirilir. Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır.