DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Ağcabədi rayon sakini Əbülfət İsmayılova qarşı quldurluq etmiş Vahid Əliyev tutulmuşdur

13.09.2007

Sentyabrın 12-də saat 23.00 radələrində naməlum şəxs Ağcabədi rayonunun Hindarx kəndinin yaxınlığında rayon sakini Əbülfət İsmayılovun idarə etdiyi "VAZ-2101" markalı avtomaşına sərnişin qismində oturub Hindarx kəndinə gedəcəyini bildirmişdir. Hindarx kəndinin ərazisində həmin şəxs Ə.İsmayılovu bıçaqla hədələyərək 20 manat pulunu və avtomaşınını ondan almışdır. Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.İsmayılova qarşı quldurluq etmiş Xocavənd rayon sakini Vahid Əliyev tutulmuş, "VAZ-2101" markalı avtomaşın isə Xocavənd kəndinin ərazisində tapılmışdır.