DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Novxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi

13.09.2007

Sentyabrın 12-də Abşeron rayonunun Novxanı qəsəbəsində Sumqayıt şəhər sakini Adil Alışov "Mersedes" markalı avtomaşını idarə edərkən qəsəbə sakini Qafar Zülfüqarovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Q.Zülfüqarov sentyabrın 13-də orada ölmüşdür. Abşeron RPŞ tərəfindən araşdırmalar apırılır.